Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:20
-
«Sərhədsiz həkimlər» təşkilatının beş könüllüsü Suriyanın Lakatiya rayonunda girov götürülüb.

Təşkilatın Beyrutdakı nümayəndələrindən birinin verdiyi məlumata görə, sorğu-sual üçün aparılan könüllülərin taleyindən indiyə qədər heç bir xəbər-ətər yoxdur.

Həkimlərin «İraq və Levant İslam Dövləti» ekstremist qrupu tərəfindən girov götürüldüyü ehtimal edilir.

Suriyanın şimalında Suriya Azadlıq Ordusunun nəzarəti altında dörd səyyar hospital yaradılıb.

«Sərhədsiz həkimlər» təşkilatı öz könüllülərini bu hospitallara göndərirlər. Həkimlər sərhədi qeyri-leqal yolla keçirlər.

Adıçəkilən təşkilat müxalifətin nəzarətində olan ərazilərdə 27 xəstəxanada, 56 tibbi məntəqəsində yaralı və xəstələrə yardım edirlər.

Ötən ilin sentyabrında Suriyada bir cərrah öldürülüb, oktyabrda isə İdlib əyalətində Beynəlxalq Qırmızı Xaç Komitəsinin yeddi əməkdaşı oğurlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG