Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:48

Dizel daşıyan qatar aşıb


-
Yanvarın 3-dən 4-nə keçən gecə Hacıqabul rayonunun Qarasu dəmiryol stansiyası yaxınlığında qəza baş verib.

ANS-in «Azərbaycan Dəmir Yolları» QSC-yə istinadən verdiyi məlumata görə, Bakı-Ucar marşrutu ilə hərəkət edən yük qatarının 5 vaqonu və hər birinin tutumu 60 ton olan 2 sisterni relsdən çıxıb. Nəticədə 600 kv.m sahəyə dizel yanacağı dağılıb. Bundan başqa, vaqonlarda olan taxta materialları da ətrafa dağılıb.

Gəncə istiqamətində qatarlarının hərəkətində məhdudiyyətlər yaranıb. Xilasedicilər və dəmiryolçuların ərazidə cəlb edilməsindən bir qədər sonra hərəkət bərpa edilib.

İlkin ehtimallara görə, qəza texniki nasazlıq səbəbindən baş verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG