Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:01
Hazırda həbsdə olan Ukraynanın keçmiş baş naziri Yuliya Timoshenko, müxalifət, jurnalistlər və vətəndaş cəmiyyətinin liderlərini vəkili Sergei Vlasenkonun müdafiəsinə qalxmağa çağırıb.Timoshenko ona qarşı irəli sürülən ittihamın siyasi sifariş olduğunu bildirib.

Vlasenko cümə günü keçirilən məhkəmə prosesində Anna Boryakın onun vəkili kimi prosesə buraxılmasını xahiş edib.Proses yanvarın 10-dək təxirə salınıb.

Sergei Vlasenko indi 5 il bundan əvvəl keçmiş həyat yoldaşı Natali Okunskoyu döyməkdə ittiham olunur.Qadının sözlərinə görə, Timoşenko hakimiyyətdə olduğuna görə, o faktla bağlı cinayət işi qaldırılmasına nail ola bilmirdi.

Vlasenko məsələnin qurama olduğunu deyir. O noyabrda 2800 dollar girov müqabilində ölkəni tərk etməmək şərti ilə məhkəməyə qədər azadlığa buraxılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG