Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:49

Barak Obamanın hədiyyəsi başqa ünvana gedib


-
Barak Obama ailəsinin şəkil hədiyyəsi səhvən özgə ünvana göndərilib. Bu barədə hədiyyəni alan Çikaqolu qadın Alane Church NBC-in "Today" şousuna danışıb.

Onun sözlərinə görə, Yeni il günü onlara gələn hədiyyəni açanda təəccübləniblər.

Hədiyyənin "şəxsi və gözəl" bir kitab olduğunu deyən qadın heç kəsə onu göstərməyib.
Yalnız deyib ki, bu, Sasha and Malia Obamaların şəklidir. Hədiyyənin üstündə "Barack, Michelle + qızları” yazılıb. Güman edilir ki, hədiyyə Barack Obamanın xaç anası Eleanor Wilsona göndərilib.

Ağ Ev hədiyyənin səhvən özgə ünvana göndərildiyini təsdiqləyib, amma əlavə məlumat verməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG