Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:13

İsrailin keçmiş baş naziri Ariel Sharonun vəziyyəti ağırlaşıb


Ariel Sharon
Ariel Sharon
O təxminən 8 ildir ki, koma vəziyyətindədir.

“Tel a Şomer” hospitalının baş həkimi Zeev Rotstein jurnalistlərə açıqlamasında onun orqanlarının getdikcə sıradan çıxdığını və ölüm həddində olduğunu deyib.

85 yaşlı Sharon 2006-cı ilin yanvarında insult keçirib və o vaxtdan bəri süni aparatla nəfəs alır.

O 2001-2006-ci illərdə baş nazir olub. 2005-ci ildə Fələstin ərazisi olan Qəzzə bölməsindən yəhudi qəsəbələrinin köçürülməsi barədə qərar verib.

Sharon 1967-ci ildə , 6 günlük müharibə vaxtı tank diviziyasının komandiri olub. 1973-cü ildə isə Suriya və Misirlə müharibədə fərqlənib və bundan sonra general Sharon İsraildə ən məşhur adamlardan biri olub.
XS
SM
MD
LG