Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:40

Vasif Talıbov: «Naxçıvanda arı ailələrinin sayı artırılmışdır…»


Vasif Talıbov

Vasif Talıbov

-
Şərq Qapısı 29 dekabr

Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun MƏRUZƏSİ

…Muxtar respublikada heyvandarlıq məhsullarının istehsalını artırmaq üçün mütərəqqi təsərrüfatçılıq metodları təşviq olunmuş, müasir tələblərə cavab verən 2 yeni heyvandarlıq təsərrüfatı yaradılmışdır. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq və damazlıq sahəsini inkişaf etdirmək məqsədilə 2013-cü ildə 337 baş, ümumilikdə isə son 5 ildə 1678 baş cins mal-qara gətirilərək lizinq yolu ilə fermerlərə verilmişdir.

Daxili bazarda quş əti və yumurtaya olan tələbatın tam şəkildə yerli istehsal hesabına ödənilməsi tədbirlərinə uyğun olaraq, cari ildə 13 yeni quşçuluq təsərrüfatı yaradılmış, quşçuluq təsərrüfatlarının ümumi sayı 59-a çatdırılmışdır. Bundan əlavə, muxtar respublikada fəaliyyət göstərən quşçuluq təsərrüfatlarının fəaliyyətini əlaqələndirmək üçün Naxçıvan Muxtar Respublikası Quşçuluq Birliyi yaradılmışdır.

Arıçılığın inkişafına da diqqət artırılmışdır. Bu sahəyə maliyyə dəstəyi gücləndirilmiş, balın emalı və qablaşdırılması ilə məşğul olan istehsal sahələri istifadəyə verilmişdir. 2013-cü ilin əvvəlinə arıçılıq təsərrüfatlarında 65 mindən çox arı ailəsi mövcud olmuşdursa, il ərzində onların sayı artırılaraq 69 minə çatdırılmışdır. Bu artım bal istehsalının həcminə də öz təsirini göstərmiş, əvvəlki illə müqayisədə 2013-cü ildə 11 faiz artıq, yəni 1300 tondan çox bal istehsal edilmişdir.

Şərhləri göstər

XS
SM
MD
LG