Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:22

Tarif Şurası: Azərbaycanda benzinin yenidən bahalaşması gözlənilmir


-
Azərbaycanda benzinin və digər yanacağın qiymətinin yenidən artacağı gözlənilmir. APA Tarif Şurasına istinadən belə yazır.

“Ölkədə benzin və digər yanacağın qiyməti ötən ilin dekabr ayında qalxıb. Şuraya benzin və yanacağın qiymətinin artırılması ilə bağlı heç bir təklif gəlməyib. Bu baxımdan da hər hansı qiymət artımı gözlənilmir” - deyə Tarif Şurasından bildirilib.

musavat.com saytı Azərbaycanın cənub bölgəsində yanacaqdoldurma məntəqələrində avtomobillərə 6-7 litrdən yuxarı benzin doldurmağa icazə verilməməsi barədə məlumat yayıb. Məlumatda bildirilir ki, sürücülərə yalnız 5 manatlıq benzin ala biləcəkləri deyilib. Məntəqələrdə böyük növbələr yaranıb. Yanacaq dolduranlar 5 manatlıq benzin limitinin səbəbini izah edə bilmirlər. Ancaq sürücülər bunu benzinin bahalaşacağı ehtimalı kimi qəbul edirlər.

Məlumatda böyük ehtimalla yanvarın ilk iş günü (yanvarın 7-dən) Tarif Şurasının benzinin yenidən bahalaşması ilə bağlı qərarını elan edəcəyi deyilir. Yanacaqdoldurma məntəqələri də bundan xəbərdardır, ona görə benzin satışını məhdudlaşdırıblar ki, ucuz qiymətə aldıqları benzini baha qiymətə satsınlar. Benzinin qiyməti 1 manata qədər artırıla bilər.

Azərbaycanda benzin sonuncu dəfə Tarif Şurasının 2 dekabr 2013-cü il tarixli qərarı ilə bahalaşıb. Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib, bəzi neft məhsullarının yeni topdansatış qiymətləri təsdiq olunub.
XS
SM
MD
LG