Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:14

Son 10 il ərzində Azərbaycanda səhiyyəyə ayrılan büdcə vəsaiti 11 dəfədən çox artıb


-
Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, respublikada səhiyyəyə ayrılan büdcə vəsaiti 2003-cü illə müqayisədə 11 dəfədən çox artıb. İndi bu göstərici təxminən 669 milyon manatdır.

2014-cü il üçün 725 milyon vəsait nəzərdə tutulub ki, bu da 2013-cü illə müqayisədə 8%-dən çox artım deməkdir. Büdcə vəsaitlərin artırılması və investisiya fondundan ayrılan vəsait hesabına ölkədə aparıcı texnologiyalar, müasir tibbi avadanlıqlarla təchiz olunmuş yeni tibb mərkəzləri açılıb.

Nazirliyin məlumatına görə, əhaliyə göstərilən tibbi xidmətin həcminin genişləndirilməsində və keyfiyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul edilib və büdcədən maliyyələşdirilən dövlət proqramlarının xüsusi rolu olub. Təkcə 2013-cü ildə proqramların icrası məqsədilə 80,1 milyon manat vəsait sərf olunub. Ölkədə ilbəil proqramların icrasına ayrılan vəsait artırılır. 2014-cü ildə bu məqsədlə 86,0 milyon manat vəsaitin ayrılması planlaşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG