Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:51

Naxçıvanda hərbi qulluqçulara mənzil verilib


Naxçıvanda hərbi qulluqçulara yeni mənzillər verilir

Naxçıvanda hərbi qulluqçulara yeni mənzillər verilir

-
Naxçıvan şəhərində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş 16 hərbi qulluqçuya yeni mənzillər verilib.

Məlumat Naxçıvan Muxtar Respublikası Ali Məclisinin saytında yayılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov mənzillə təmin olunan hərbi qulluqçuları və onların ailələrini təbrik edib. V. Talıbov bildirib ki, Azərbaycanda ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər çərçivəsində hərbçi ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması mühüm yer tutur.

Yeni mənzillər isitmə, soyutma və yanğından mühafizə sistemləri ilə təmin olunub, 14-ü üçotaqlı, 2-si isə iki¬otaqlıdır.
XS
SM
MD
LG