Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:11

Van Qoqun “Kamasutra” məşqləri və ya Ka!


-

"Qanun" nəşriyyatı "Ən yeni ədəbiyyat" seriyasından daha bir kitab çap edib.

Bu Ziyad Quluzadənin “Van Qoqun “Kamasutra” məşqləri və ya Ka!” romanıdır.

Bu, birnəfərlik izdihamın və üsyanın mümkünlüyünü isbat edən çoxçalarlı qurğu romanıdır.

Əsərdə XX əsrin Bakısı, XI-XII əsrin Naxçıvanı və kosmik zamanın Cəhrisi qəribə, xaotik hadisələrə şahidlik edir.

Əsərin qəhrəmanı Ka “Edip kompleksi”ndən xilas ola bilməyən, dolanışığını təmin etmək üçün küçə süpürən və qeyri-adi hadisələrlə rastlaşan tələbədir.

Kanın atası Q. “Möminə Xatun” türbəsində gizlədilmiş Atabəy Eldəgizin xəzinəsinin xəritəsini tapır. Xəzinə axtarışları Kanın atasının həbsi, ailənin maddi çətinliklər girdabına düşməsi ilə nəticələnir.

Bu məqamda Ka Aytən adlı xalçaçı-rəssamla rastlaşır.

“Kamasutra”dan öyrəndiyi xəfif öpüş və şiddətli se­viş­məyi Aytənlə yaşamaq Kanın ən böyük arzusudur.

Kanının çırpınışları bitmək bilmir.

Siz isə Aytənin toxuduğu “Qasımuşağı” xalçası ilə paralel dünyalara səyahətə hazır olun!

Çünki “Van Qoqun Kamasutra məşqləri və ya Ka!” romanın müəllifi sizə bunu vəd edir.

Bəs Kanın arzuları çin olacaqmı?

Xəzinə axtarışları nə ilə yekunlaşacaq?

Əli xan Şirvanşirin sevgilisi Nino Kipiani bu romana necə düşüb?

Bütün sualların cavabını romanı oxuduqdan sonra tapacaqsınız.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG