Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:31

Rusiyada Volqoqrad hücumlarına görə yüzlərlə adam saxlanıb


-
Rusiya rəsmiləri Volqoqradda 34 nəfərin ölümüylə nəticələnmiş iki terror hücumuna görə yüzlərlə şübhəlini saxlayıb. Daxili İşlər Nazirliyi 700 nəfərin saxlandığını bildirir. Onların arasında Orta Asiya, Rusiyanın Şimali Qafqaz regionundan xeyli miqrant var.

Bazar və bazar ertəsi günləri baş vermiş intiharçı hücumlarının təhqiqatı davam edir. Rusiya Federal Təhlükəsizlik Xidməti bildirib ki, daha çox Şimali Qafqazın İslamçı yaraqlılarından şübhələnir.

Dekabrın 29-da dəmiryol vağzalında intiharçını saxlamağa çalışmış polis işçisi cümə axşamı Volqoqradda dəfn olunub.

Hücumlarda onlarla xəsarət alan da olub, hazırda xəstəxanada ağır vəziyyətdə olanlar var.

Günün bütün mövzuları

XS
SM
MD
LG