Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:28

Kürdüstandan Türkiyəyə neft ixracı başlayıb


-
İraq Kürdüstanından xam neft Türkiyənin Ceyhan limanına gedən kəmərlə axmağa başlayıb. Bunu Türkiyənin enerji naziri Taner Yildiz elan edib. O, jurnalistlərə bildirib ki, İraqın mərkəzi hökuməti dünya bazarına ixracın başlamasına razılıq verənədək neft saxlanclarda qalacaq.

Türkiyə və Kürdüstan rəsmiləri neft ixracı razılaşmasını Bağdad hökumətinin iştirakı olmadan imzalayıblar. İraq hökuməti isə təsdiqləmədiyi heç bir neft və qaz sazişini qəbul etməyəcəyini bildirib.

İraq hökuməti onu da bildirib ki, mərkəzi hökumətsiz razılaşma imzalayan istənilən xarici şirkət İraqda biznes qurmaq haqqını da itirə bilər.

Yildiz söyləyib ki, Türkiyə bu ayın sonunadək Bağdadla razılaşma əldə olunacağına ümid edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG