Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:50
-
Yanvarın 2-də səhər saatlarında Quba şəhəri, Sahil küçəsi, ev 4-də partlayış baş verib. Bu barədə AzadlıqRadiosunun şimal müxbiri rayon polisindən məlumat əldə edib.

Hadisə nəticəsində ev sahibi Mayıl Paşayev və həyat yoldaşı Zümrüd Paşayeva yaralanıblar. Hər ikisi Quba Mərkəzi Rayon Xəstəxanasına götürülüb. Xəstəxanadan verilən məlumata görə, yaralıların vəziyyəti qənaətbəxşdir.

Fövqəladə Hallar Nazirliyinin rayon şöbəsinin əməkdaşları hadisə baş verən ünvanda araşdırma aparıblar. İlkin versiyaya görə, partlayışa səbəb qaz sızması olub.
XS
SM
MD
LG