Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:20

Ariel Sharon-un durumu kritikdir


-
İsrailin baş naziri Ariel Sharon durumu kritik, həyatı təhlükədədir. 85 yaşlı Sharon Tel Aviv yaxınlığında xəstəxanada komadadır. Xəstəxananın direktoru Zeev Rotstein deyib ki, “bəzi əsas orqanların” funksiyası dayanıb, ancaq detallara varmayıb. İsrail mediası Sharon-un böyrəyində problem olduğunu yazırlar. Ailə üzvləri yanındadır.

Sharon 2001-2006-cı illərdə baş nazir olub. 2006-cı ilin yanvarında iflicdən komaya düşüb. Həmin vaxt yenidən seçilmək üçün kampaniya aparırdı və udacağı heç kəsdə şübhə doğurmurdu.

Son günlər durumu pisləşib.

Ariel Sharonun keçmiş köməkçisi Raanan Gissin Reuters-ə bunları deyib:

“Bilmirik, ancaq durumunun, böyrəklərinin funksiyasının pisləşdiyinə şübhə yoxdur. Bəzi həkimlərin fikrincə, ola bilsin bir neçə gün, yaxud saatdan sonra Sharon həyatda olmasın. Mənim üçün çox kədərli andır, 15 il onun müşaviri olmuşam. Eləcə də İsrail xalqı üçün kədərli andır. Çünki Nelson Mandela Cənubi Afrikanın olduğu kimi, Ariel Sharon da İsrailin simvoludur”.

Günün bütün mövzuları

XS
SM
MD
LG