Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:32

İranın cənubunda güclü zəlzələ olub


-
İranın cənubunda 5.5 bal gücündə zəlzələ baş verib, bir nəfər ölüb, 30 nəfər yaralanıb. İranın dövlət televiziyasının məlumatına görə, zəlzələdən xeyli binaya və Hormozgan vilayətində elektrik xətlərinə ziyan dəyib.

Zəlzələ Tehranın 1.200 kilometr cənubunda Bastak şəhərində başlayıb, sonra regionda bir neçə dalğa qeydə alınıb.

İran seysmik zonada yerləşir. 2003-cü ildə Bam şəhərində 6.6 bal gücündə zəlzələdə 26.000 adam həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG