Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:40

Antarktidada tədqiqat gəmisinin sərnişinləri xilas edilib [Yenilənib]


-
Bir həftədən çox Antarktidada buza ilişmiş tədqiqat gəmisindəki 52 sərnişinin hamısı gəmidən çıxarılıb. Onlar 12 nəfərlik qruplarla, vertolyotla rus gəmisinin yaxınlığında lövbər sala bilmiş buzqırana daşınıblar.

***
Bir həftədən çox Antarktidada buza ilişmiş tədqiqat gəmisindəki 52 sərnişinin xilas edilməsinə başlanıb. Vertolyot sərnişinləri rus gəmisinin yaxınlığında lövbər sala bilmiş buzqıranına daşıyacaq. Bundan əvvəl pis şəraiti üzündən bu, mümkün olmurdu.

Bütün sərnişinlərin daşınması azı beş saat çəkə bilər. Daha sonra onları Avstraliya buzqıran gəmisinə aparacaqlar.

Rusiyanın Akademic Shokalskiy ("Академик Шокальский") gəmisi dekabrın 24-də qalın buz qatına ilişib. 22 heyət üzvünün gəmidə qalacağı gözlənir. Gəmiyə təhlükə yoxdur.

Gəmidə Avstraliya Antarktida ekspedisiyasının alimləri və onları müşayiət edən səyahətçilər var.

Günün bütün mövzuları

XS
SM
MD
LG