Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:29

Musharraf məhkəməyə yox, xəstəxanaya getdi


-
Pakistanın keçmiş prezidenti Pervez Musharraf məhkəməyə gedərkən sinəsindəki ağrıdan şikayətlənərək xəstəxanaya aparılıb. Bu barədə polis məlumat yayıb.

Musharraf cümə axşamı İslamabadda dövlətə xəyanət ittihamıyla xüsusi tribunal qarşısına çıxmalıydı. Əks halda həbs oluna bilərdi. Belə ki, təhlükəsizlik səbəbindən bundan əvvəlki iki məhkəmə prosesinə də gəlməyib.

70 yaşlı general 2007-ci ilin noyabrında konstitusiyanı ləğv və fövqəladə vəziyyət elan etməklə vətənə xəyanətdə ittiham olunur. Eləcə də ona qarşı 1999-2008-ci illər hakimiyyəti dövründə ayrı-ayrı hallar üzrə ittihamlar var. Musharraf ittihamları siyasi motivli adlandırıb.

Bugünkü məhkəmə dinləməsinə görə İslamabadda yüksək təhlükəsizlik tədbirləri görülüb. Onun evindən məhkəməyə qədər olan iki kilometrlik yolda yüzlərlə polis keşik çəkir.

Günün bütün mövzuları

XS
SM
MD
LG