Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:28
-
Yanvarın 1-də ABŞ-ın Kolorado ştatının Denver şəhərində marixuana ilk dəfə olaraq qanuni satışa çıxarılıb. Milli Həşiş Sənayesi Assosiasiyasının reklam direktoru Betty Aldworth deyib:

İLƏ 400 MİLYON DOLLAR GƏLİR

“Gələn il Koloradoda satışdan 400 milyon dollar gəlir gözləyirik. Ölkə boyu marixuana sənayesi 2.34 milyard dollarlıq iqtisadi fəaliyyət yaradacaq”.

İraq müharibəsinin veteranı Sean Azarriti marixuananın ilk dəfə qanuni şəkildə alan müştəri olub:

“Travmadan sonrakı stres pozuntularımı aradan qaldırmaq üçün əyləncə üçün həşiş istifadə edəcəyəm. Digər ölkələr də veteranlara kömək üçün bundan yararlana bilərlər”.

NÖVBƏLƏR BAŞLAYIB

CNN-nin məlumatına görə, 3D Həşiş Mərkəzi səhər 8-də açılanda, 100-dən çox adam qarın altında növbə tutub. Bu, Yeni İldə ölkə üzrə açılan bir neçə dispanserdəndir. Gələn aylar ərzində yeni mərkəzlərin açılacağı gözlənir.

Bu satışı leqallaşdıran qanun 2012-ci ildə qəbul olunub.
Azarriti ona görə ilk alıcı seçilib ki, 2000-2006-cı illərdə İraqda dəniz piyadası kimi xidmət keçib, indi travmadan sonra stress pozğunluğundan əziyyət çəkir. O, həmin pozğunluğa görə Koloradoda tibbi marixuana ala bilmir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG