Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:52

20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər planı təsdiq edilib


-
Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib. Bu barədə Azərtac xəbər yayıb.

Sənəddə 20 yanvar hadisələri ilə bağlı ölkə üzrə tədbirlərin keçirilməsi, mediada, televiziya kanallarında, internetdə materialların verilməsi nəzərdə tutulub.
Tədbirlər planına əsasən, 20 Yanvar qurbanlarının ailələrinə humanitar yardım veriləcək, Şəhidlər xiyabanı ərazisində lazımi işlər aparılacaq. Yanvarın 17-də bütün tədris müəssisələrində faciəyə həsr olunmuş xüsusi dərs keçiləcək, Azərbaycanda təmsil olunan əsas dini konfessiya və qurumlar tərəfindən faciə qurbanlarının xatirəsinə dini mərasimlər təşkil olunacaq.

Yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətin təşkili, saat 12.00-da bütün ölkə ərazisində faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, gəmilər, avtomobillər və qatarlar vasitəsilə səs siqnallarının verilməsi, gün ərzində Şəhidlər xiyabanında matəm musiqisinin səsləndirilməsi nəzərdə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG