Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:21

Qanunsuz miqrasiya ilə məşğul olan üç kriminal qrup zərərsizləşdirilib


-
2013-cü il ərzində Dövlət Sərhəd Xidmətinin əməkdaşları qanunsuz miqrasiya ilə məşğul olan 3 kriminal qrupu, həmçinin qaçaqmalçılıq və narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 mütəşəkkil cinayətkar dəstəni zərərsizləşdirib. Xəbəri AzərTAc yayıb.

Bundan başqa Xəzər dənizində sərhəd rejiminə nəzarət məqsədilə Azərbaycana məxsus 87, Rusiyaya məxsus 23, İrana məxsus 6, Türkmənistan və Qazaxıstanın hər birinə məxsus 1 gəmiyə, habelə kiçik üzmə vasitələrinə baxış keçirilib. Ümumilikdə 65 gəmi və 274 qayıq barəsində zəruri tədbirlər görülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG