Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 13:31

Həyatı qurtulan Qarabağ veteranı, orduda “dedovşina” iddiası


arxiv foto
arxiv foto
-
“SƏNİ QARABAĞA MƏN GÖNDƏRMİŞƏM?”


“Yeni Müsavat” qəzeti yazır ki, Qarabağ veteranı, Tovuzun Bozalqanlı kəndindən olan Yusif Rzayev barədə yazı dərc olunandan sonra deputat Qənirə Paşayeva onun əməliyyat olunması, evlə təmin edilməsi kimi problemlərin həllini öz üzərinə götürüb. 20 ildir dünya işığına həsrət qalan Rzayev 7 dəfə əməliyyat olunub, səkkizinciyə ehtiyacı var. Müəllif Xalid Kazımlı yazır:

“Demək, problemi olan, sırf sosial problemlər, pis güzəran üzündən həyatına intiharla son qoymağı düşünən insanların axırıncı addımının qarşısını vaxtında almaq olur – bir az yanımcıl olmaqla, bir az diqqət, bir az qayğı göstərməklə, bir az insaniyyətlə... Fəqət hakimiyyətdə təmsil olunanların böyük əksəriyyəti qaziyə öz qardaşı, balası kimi yanaşmır – bu faktdır. Problemi olan qazilər böyük məmurların səmtinə gələ bilmirlər, kiçik və orta ranqlı məmurlarda isə onlara cəllad münasibəti var. Bu şəxslərin dilində qazilərə ünvanlanan ən populyar ifadələr belədir: “Səni Qarabağa mən göndərmişəm?”; “Ağlın olaydı, getməyəydin, şikəst də olmayaydın!”; “Vuruşub neynəmisiz ey, torpaqlarımızın 20 faizini düşmənə vermisiz də”; “Rədd ol, çıx bayıra, elə etmə, ermənidən qalan canını da burda mən aldırım” və sair və ilaxır. Qaziləri öz problemlərindən də çox, bu sözlər, bu davranış, bu vicdansızlıq, qəddarlıq intihara sövq edir”.

ORDUDA “DEDOVŞİNA” İDDİASI

arxiv foto
arxiv foto
“Qafqazinfo” Azərbaycan ordusunda “dedovşina” iddiasından yazır. Belə ki, Biləsuvar rayonu Hərbi Komissarlığına 2013-cü ilin oktyabrında həqiqi hərbi xidmətə çağırılan Quliyev Vüsal Qurban oğlunun dayısı Fəxrəddin “Qafqazinfo”ya müraciət edərək bacısı oğlunun əsgərlikdə döyülməsi ilə bağlı faktlar açıqlayıb. Dayı iddia edir ki, onun bacısı oğlu V.Quliyev Tərtər rayonunda yerləşən N saylı Hərbi Hissədə qulluq edirmiş. Təxminən iki həftə əvvəl o, iki zabit tərəfindən qolları bağlanaraq döyülüb. O, əsgərin döyülmə səbəbini belə açıqlayıb:

“Komandir əsgəri söyüb deyə əsgər cavab qaytarıb. Bundan sonra komandir əsgərin şəxsiyyətini alçaldıcı ağır təhqir edərək şantaj edib. Əsgər keçirdiyi sarsıntıdan bir neçə gün yemək yeməyib. Zabitləri əsəbiləşdirən bu vəziyyət onun vəhşicəsinə döyülməsinə səbəb olub”.

Huşunu itirən əsgər əvvəlcə Sarıcalı Hospitalına yerləşdirilib. Bu günlərdə isə o, Bakıya Papanin Hospitalına gətirilib. Əsgər ayılandan sonra zabitlər tərəfindən döyüldüyünü həkimə danışıb.

“Artıq bununla bağlı biz Müdafiə naziri Zakir Həsənovadan tələb edirik ki, bizə cavab versinlər görək bu nə hadisədir. Müvafiq qurumlara bir neçə dəfə məlumat göndərsək də, hələ ki bizə cavab verilməyib”.

YOL POLİSİ AKSİYA EDİB

Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin yol hərəkəti qaydalarını pozan sürücülərlə bağlı başlatdığı qeyri-adi aksiya yanvarın 1-də davam edib. Polis əməkdaşları qaydanı pozan sürücünü bu dəfə cəzalandırmayıb, əksinə sevindiriblər. “Ans Press” xəbər verir ki, sürücüləri təəccübləndirən aksiyanın keçirilməsində məqsəd sürücülərə yolda qaydaları pozmayaraq təhlükəsizliyə riayətə dəvət etməkdir. Aksiyanın qeyri-adiliyi isə ondadır ki qaydanı pozan sürücülərə inzibati protokol yazılmır, əvəzinə Şaxta baba və Qar qızı tərəfindən hədiyyələr verilir. Sonra hər sürücü ilə fərdi söhbət aparılaraq yeni ildə yol hərəkət qaydalarını pozmamaq tövsiyəsi edilir.

“BÖYÜK RƏSULZADƏNİN ADINI MANDAT ALVERİNDƏ İSTİFADƏ ETMƏYİN”

“Azadlıq” qəzetində dərc olunmuş yazıda müəllif Natiq Güləhmədoğlu yazır:

Məmməd Əmin Rəsulzadə
Məmməd Əmin Rəsulzadə
​“Rüstəm İbrahimbəyova qarşı əsassız hücumların birində yalnız mən bu arqumenti işlətmişəm ki, Rəsulzadə də xaricdə yaşayıb, Rüstəm bəyə qarşı dediklərinizi bəlkə ona da şamil edəsiniz? Ağılı başında olan adamlara aydındır ki, məqsədim heç bir halda böyük Rəsulzadəni aşağılamaq olmayıb, ola da bilməz. Çünki Müsavat adı altında indidən 2015-ci ildə mandat alverinə hazırlaşan bəzi partiya funksionerlərindən özümü Rəsulzadəyə daha yaxın bilirəm. Bu arqumenti gətirməklə onu sübut etmək istəmişəm ki, xaricdə yaşayan və ya yaşamağa məcbur edilmiş şəxsiyyətlərimizi “başqa dövlət qarşısında öhdəliyi var” deyib, ləkələmək absurddur.

Bu bəhanə də suallardan yayınmağa kömək etmədi. Açıq danışaq, Milli Şuraya hücum etmək üçün növbəti bəhanəniz nə olacaq? Nə istəyirsiniz bu Milli Şuradan? Hökuməti məmnun etməkdə məqsədiniz nədir?”

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG