Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:42

“Biz Avropa Birliyində olacağıq. Ya sizinlə, ya da sizsiz”


Ukrayna
Ukrayna
-
“Biz Avropa Birliyində olacağıq. Ya sizinlə, ya da sizsiz”

Ukrayna vətəndaş fəallarının prezident Victor Yanukovich-ə ünvanladığı Yeni İl müracitində belə deyilir.

Kollektiv müraciəti müxtəlif regionları, sosial təbəqələri təmsil edən vətəndaşlar imzalayıb.

Bugün Kiyevdəki Müstəqillik meydanında çıxış edən UDAR partiyasının lideri Vitali Klitschko 2014-cü ildə hakimiyyətin dəyişəcəyinə ümid etdiyini bildirib. Klitschko müxalifəti prezident seçkilərində vahid namizəd irəli sürməyə çağırıb.

Yerli media bugünkü tədbirdə yarım milyona yaxın adamın iştirak etdiyini bildirib. Onlar 2014-ci ilin gəlişini dövlət himninin ifası ilə qarşılayıb.

Ukraynada Avropa Birliyi tərəfdarlarının etirazları davam edir.

Avropa Birliyi ilə assosiasiya haqqında saziş imzalamaqdan imtina edən Ukrayna hökuməti isə Rusiyanın böyük maliyyə yardımına ümid edir.

Yanvarın 1-dən Ukrayna üçün Rusiya qazının qiyməti üç dəfə azaldılıb.

Bugündən Ukrayna bir illiyinə MDB-də sədr postunu da tutub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG