Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:30

Mərdəkanda Heydər cümə məscidi açılıb


-
Dekabrın 31-də Xəzər rayonunun Mərdəkan qəsəbəsində Heydər cümə məscidinin açılışı olub.

Məscid Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak edib. Məscidin axundu ona Qurani-Kərim təqdim edib.

Məscid 1893-cü ildən fəaliyyət göstərib, indiyədək əsaslı təmir işləri aparılmayıb. Yenidənqurma işləri ötən ilin fevralında başlayıb.

Məsciddə eyni vaxtda 130 nəfər ibadət edə biləcək. Əvvəllər bir mərtəbədən ibarət olan məscidin yenidənqurma işlərindən sonra ikinci mərtəbəsi də inşa edilib.

180 nəfərlik mərasim zalı yaradılıb, minarə tikilib. Məscid iki dəstəmazxanadan, kitabxanadan, müxtəlif yardımçı otaqlardan, mədrəsədən ibarətdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG