Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:50

Yanvarın 1-dən ATƏT-ə sədrlik Ukraynadan İsveçrəyə keçib


-
İsveçrə xarici işlər naziri Didier Burkhalter bugündən ATƏT-in fəaliyyətdə olan sədri postunu ukraynalı həmkarı Leonid Kojaradan təhvil alıb.

İsveçrə xarici işlər naziri Didier Burkhalter deyib ki, İsveçrə ATƏT-ə sədrliyi dövründə Qərbi Balkan və Cənubi Qafqaz regionlarını diqqət mərkəzində saxlayacaq. Bu məqsədlə İsveçrə iki xüsusi nümayəndə təyin edib. Səfir Gerhard Stoudmann Qərbi Balkan, səfir Angelo Gnaedinger Cənubi Qafqaz regionu üzrə işləyəcək.

Sədrlik dövründə İsveçrə ATƏT-in üzv ölkələrdə islahatlar və insan haqlarının qorunması sahəsində fəaliyyətini gücləndirməyə səy göstərəcəyini bildirib.

İsveçrənin ATƏT-ə rəsmi sədrliyi yanvarın 16-da Vyanada təşkilatın Daimi Şurasının toplantısında başlayacaq. 2014-cü ilin dekabrında isə ATƏT-in xarici işlər nazirləri Şurasının toplantısı İsveçrənin Bazel şəhərində keçiriləcək.

İsveçrə ATƏT-ə ilk dəfə 1996-cı ildə sədrlik edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG