Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:13

Tənqidçinin həyat yoldaşı prokurorluğa çağrıldı


Elnarə Tofiqqızı
Elnarə Tofiqqızı
-

“İstintaqın ləng getməsi və zərərçəkən kimi verdiyim iddiaların təmin olunmaması ilə bağlı narazılığıma görə Nəsimi rayon prokuroru Salman Məmmədlinin dəvəti ilə prokurorluqda oldum”.

Bu açıqlamanı Bakı Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı aparılan istintaqın gedişi barədə danışarkən onun həyat yoldaşı Anar Niftəliyev deyib. O bildirib ki, rayon prokuroru aparılan istintaqla bağlı onu məlumatlandırıb:

“İstintaqın gecikməsi ilə bağlı obyektiv səbəblər barədə Salman Məmmədli qısaca məlumat verdi və iradlarımın nədən ibarət olması ilə maraqlandı. İlk gündən ifadəmdə göstərdiyim və daha sonra zərərçəkən kimi hüququmdan istifadə edərək yazılı şəkildə təqdim etdiyim iddialarımın təmin olunmadığını bildirdim və prokuror vəsatətlərimin təmini ilə bağlı göstəriş verdi”.

İstintaq qrupunun rəhbəri Ələkbər Rzayevin səhhətində yaranan problemlə əlaqədar onu əvəz edən müstəntiq Hafiz Əliyevlə tanış olduğunu deyən A.Niftəliyev istintaq hərəkətlərinə birbaşa prokurorun özünün nəzarət edəcəyini qeyd edib.
Anar Niftəliyev
Anar Niftəliyev

Xatırladaq ki, Bakı Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızı sentyabrın 20-də Nəsimi rayonunda yerləşən “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib.

A.Niftəliyev deyir ki, həyat yoldaşı həkimlərin səhlənkarlığı ucbatından ölüb, ehtiyac olmadığı halda ona ağır əməliyyat məsləhət görülüb.

Həkimlər isə bu iddiaları qəbul etmirlər. Həkimlərdən biri - M.A.Topçubaşov adına Klinik Cərrahiyə Elmi-Tədqiqat İnstitutunun həkimi Fərəculla İdrisov AzadlıqRadiosuna deyib ki, xəstəyə diaqnoz Milli Onkologiya Mərkəzində qoyulub və əməliyyatın vacibliyi bildirilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG