Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:32

Bu Odlar diyarında alışıb-yanan ilk sən oldun...


Aytən Nəsibbəyli
Aytən Nəsibbəyli
-

Aytən Nəsibbəyli

(Özünü yandıran Qarabağ əlilinə)


Özünə yazığın gəlməsin, adam
Sevin
Bax,
Bu Odlar diyarında
Alışıb-yanan ilk sən oldun.
Elə, günə, obaya
Ana, bacısı gül olana
Kaş özün boyda
Dərs olaydın sən
Çıxaydıq kaş əzbərçi zehniyyətimizdən
Soruşaydıq nolardı biz də.
Mən ondan,
O səndən.
Bir-birimizdən
Yavaş-yavaş, amma
Partlamağa hazır
Saatlı bir bomba kimi
Gələydik bir özümüzə
Bir
İki
Üç

Bum
Bum lazımdı, adam
Bum.
Qorxunc. Dəhşətli.
Beynimizdə
Ürəyimizdə
Elə anamızçün
Elə bacımızçün.
Bu ki namus məsələsidir, adam
Həyatı,
Haqqı zorlananların hər gün.
Ataq papaqları meydanlarda
Tutaq namusun əllərindən.
Gəl, elə anamızçün
Biz elə bacımızçün.
XS
SM
MD
LG