Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:03
-
«AZADLIQ»IN 20 MİN MANATINI VERMİRLƏR

«Azadlıq» qəzeti yazır ki, KİV-ə Dövlət Dəstək Fondu «Azadlıq» qəzetinə olan 20 min manat borcu verməkdən imtina edir:

«Baxmayaraq ki, fondun məsul şəxsləri «Azadlıq»ın bank hesabı açılacağı təqdirdə sözügedən məbləği ödəyəcəklərini söz vermişdilər. Bu məbləğ fondun maliyyə dəstəyi ilə qəzetin həyata keçirdiyi layihəyə görə verilməliydi. Layihənin oktyabr və noyabr ayları üçün nəzərdə tutulan iş görülsə də, pulu ödənilməyib. Bunu belə əsaslandırıblar ki, qəzetin hesabı həbsdə olub».

Baş redaktorun birinci müavini Rahim Hacıyev deyir ki, «Azadlıq» yaranmış ağır böhrandan çıxmaq üçün Avropa Birliyinin Demokratiyaya Dəstək Fonduna üz tutub:

«Fondun «Azadlıq» qəzeti ilə başlanmış əməkdaşlığı bəhrəsini verdi. «Azadlıq»la fond arasında bağlanmış qrant müqaviləsinə əsasən, hesabın açılması üçün zəruri olan məbləğ qəzetin hesabına köçürüldü və bunun nəticəsində hesabın açılması mümkün oldu».

«BUİLKİ SEÇKİ ÖLKƏNİN DEMOKRATİYAYA SADİQLİYİNİ BİR DAHA NÜMAYİŞ ETDİRİB»

«Azərbaycanda demokratik dövlət quruculuğu uğurla davam edir. Bu proses başa çatmaqda olan 2013-cü ildə də müsbət nəticələr verdi. Bu il ölkəmizdə şəffaf, demokratik seçkilərin keçirilməsi ölkəmizin demokratiyaya sadiqliyini bir daha nümayiş etdirdi».

Bu fikirləri Milli Məclisin deputatı Əli Hüseynli yap.org.az-a deyib.

Ə.Hüseynli Azərbaycanda demokratik seçki sistemini təkmilləşdirmək məqsədilə seçki qanunvericiliyinə vacib dəyişikliklər edildiyini bildirib:

«Müasir dünyada demokratik seçkilərin vacib prinsiplərindən biri seçki prosesinin şəffaflığı hesab olunur. Seçkilərdəki şəffaflıq özünü ekzit-polların keçirilməsi, barmaqların rəngsiz mürəkkəblə boyanması, seçki məntəqələrində veb-kameraların quraşdırılması ilə göstərir. Zaur Həsənov xəstəxanada

Zaur Həsənov xəstəxanada

Şəffaflığı təmin edən sadaladığım elementlərin hər biri Azərbaycan Seçki Məcəlləsində öz əksini tapıb. Bütün bunlar bir daha Azərbaycandakı seçki sisteminin demokratik, şəffaf və ədalətli olmasından xəbər verir».

«BİZ OĞLUNU DÖYÜŞDƏN GİZLƏDƏN HANSISA MƏMURUN QAPISINDA AĞLAYIB-SIZLAYAN DEYİLİK»

«Zaur Həsənovun obyektini 2 dəfə buldozerlə dağıdıblar. Bankdan pul götürüb oranı tikmişdi ki, 5 uşağını dolandıra bilsin. Cəmi 40 kvadratmetrlik yer idi. O vəziyyətə salmışdılar ki, hər kəsə borcu vardı. Atası fəhlə işləyib, onun banklara olan borcunu ödəməyə çalışırdı».

Bunu «Yeni Müsavat» qəzetinə özünü yandıran Qarabağ veteranı Zaur Həsənovun qonşusu Əlibala Talıbov söyləyib:

«O, əvvəlcədən bizlərə demişdi ki, məni özümü öldürmək həddinə çatdırıblar... Bunlar Zauru gözünü bağlayıb maşının baqajına basıb aparmışdılar. O bunu gəlib mənim yanımda 3-4 nəfərə dedi. Soruşduq, dedi ki, bunu Səttarın adamları edib. Zaur özünü bu cür alçaqlıqlara görə şəhid elədi. Biz gedib döyüş görməyən, oğlunu döyüşdən gizlədən hansısa məmurun qapısında ağlayıb-sızlayan deyilik».

NƏRGİZ PAŞAYEVA: «BU ROBİN QUDLUĞU HƏQİQƏTƏN MƏN ETSƏYDİM...»

«Trend» agentliyi professor Nərgiz Paşayevanın bəzi qəzetlərdə barəsində yayılan məlumatlarla bağlı yazılı cavabını yayıb.

Mətbuat prezidentin mühafizə xidmətinin rəhbəri Bəylər Eyyubovun qohumu ilə Nərgiz Paşayevanın kürəkəni arasında dava baş verdiyi və N. Paşayevanın müdaxiləsindən sonra Eyyubovun qohumlarının həbs edildiyi barədə yazıb.

N.Paşayeva bildirir ki, mətbuatda yazılanlar həqiqətəuyğun deyil:

Nərgiz Paşayeva

Nərgiz Paşayeva

«Necə olur ki, adını birinci dəfə eşitdiyim və kimliyini tanımadığım bir adamı mənim kürəkənim kimi təqdim ediblər? Necə olur ki, ünvanını belə bilmədiyim və heç bir vaxt olmadığım bir yerin, daha dəqiq desək, «Opera sky» restoranının həqiqi sahibi dura-dura, o yerin sahibi kimi məni göstəriblər? Yeri gəlmişkən deyim ki, nə restoran biznesi, nə də digər bizneslə məşğul deyiləm. Çünki buna nə vaxtım, nə həvəsim, nə də biznes bacarığım var».

Nərgiz Paşayeva əlavə edir ki, o, 1983-cü ildən bu günədək universitetdə çalışır və bu seçim onu tam qane edir:

«Bildirilir ki, həmin restoranda baş verən acı hadisələrdən sonra guya mən bu insidentlə bağlı cənab Prezidentə məlumat verilməsində bir növ «vasitəçi» olmuşam və mənim məkrli «xəbərçiliyimdən» sonra zavallı valideynlərin şuluq övladlarını həbs ediblər. Burası həm gülməli, həm də ağlamalıdır. Gülməli ona görədir ki, bu Robin Qudluğu həqiqətən mən etsəydim boynuma alıb deyərdim ki, bəli, mən etmişəm. Çünki əgər Robin Qudsansa, gərək qorxaq olmayasan, qorxaqsansa, gərək Robin Qudluq etməyəsən. Ağlamalısı isə ondadır ki, bu kimi hadisələri kiminsə kimə deməyi yox, ancaq və ancaq qanunun araşdırıb tənzimləməsi labüddür».

«DƏDƏ QORQUD BOYLARIN SAYINA UYĞUN 12 SERİYA ÇƏKİLSƏ, YAXŞI OLAR»

«Son zamanlar Azərbaycan serialları çox çəkilir. Uşaqdan böyüyə hamı o seriallara baxır. Əksərinin də mövzusu ürəkaçan deyil. Dədə Qorqudun çoxseriyalı bir film kimi çəkilməsi çox əla olardı». AMEA Folklor İnstitutu Dədə Qorqud şöbəsinin əməkdaşı, qorqudşünas-alim Nigar Həsənova modern.az-a belə deyib.

«Maliyyə imkanları olsa, daha artıq seriya çəkmək olar. Amma 12 seriya olmasının özü də pis deyil. Dastanda bəzi məqamlar var ki, onlar filmdə daha qabarıq əks olunsa çox yaxşı olar. Məsələn bu dastanda ailə hüququ çox gözəl əks olunub... Oğul atadan görməyincə öyüd almaz, qız anadan görməyincə süfrə açmaz... Bunlar çəkiləcək filmdə qabardılsa, çox müsbət olar».

Prezident İlham Əliyev «Dədə Qorqud» dastanları əsasında çoxseriyalı bədii serialın çəkilişinə hazırlıq işləri və ssenarinin yazılmasına bir milyon manat ayırıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG