Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:19

Gürcüstanın baş prokuroru istefa verib


-
Gürcüstanın baş prokuroru Otar Partskhaladze istefa verib. O, bu vəzifəni təxminən altı həftədir ki, icra edirdi.

Keçmiş prezident Mikheil Saakashvili-nin müttəfiqləri iddia edirlər ki, Otar Partskhaladze 2001-ci ildə Almaniyada soyğunçuluğa görə ittiham olunub.

Partskhaladze bu ittihamı rədd edir, deyir ki, o, polisə itaət etməməkdə ittiham olunub.
Dekabrın 30-da verdiyi bəyanatda Partskhaladze bildirib ki, onun tərcümeyi-halı ilə bağlı suallar olduğundan bu vəzifədə qala bilməz.

O deyib ki, hökumətin üzərinə kölgə salmaq istəməzdi.

Onun istefası qəbul olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG