Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:59

Klassiklər seriyasından yeni kitab nəşr olundu


-

Klassiklər seriyasından yeni kitab nəşr olundu.

“Teatr” ingilis yazarı Somerset Maugham-in (Moem) maraqla qarşılanan və sənətə yüksək dəyər verilən əsərlərindən biridir.

"Qanun" və "Əli və Nino" nəşriyyatlarının çap etdiyi əsərin baş qəhrəmanı aktrisa Culiya Lembertdir.

50-yə yaxın yaşı olan Culiya Lembert İngiltərənin ən sevimli aktrisasıdır.

O, gözəldir, zəngindir, ideal ailəsi var, ona sayğı ilə yanaşırlar. O öz teatrının sahibəsidir və əri ilə birlikdə bu teatra rəhbərlik edir. Əri Maykl İngiltərədə ən uğurlu teatr prodüseridir. Oğulları Rocer bu səadət tablosuna əlavə rəng qatır və xoşbəxt tablonu tamamlayır.

Günlərin bir günü teatra gənc bir mühasib gəlir. Mühasibin vergi söhbətində yeni ideyaları Mayklın diqqətini çəkə bilir. Maykl gənc mühasibi evinə nahara dəvət edir, hətta Culiyadan oğlana diqqət göstərməsini xahiş edir. Culiya da həmişəki sevimli aktrisa ədasıyla, heç bir niyyəti olmadan gəncə imzalı rəsmini hədiyyə edir. Və hər şey bundan sonra başlayır…

Tərcümə: YAŞAR

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG