Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:22

RATİ 2013-cü ili Azərbaycanda ən pis il hesab edir


Azerbaijan - Mehman Huseyinov, Azeri photojournalist, undated

Azerbaijan - Mehman Huseyinov, Azeri photojournalist, undated

“Bu il Azərbaycanda hökumətin qanunlara bir sıra məhdudlaşdırıcı dəyişikliklər etməsi, jurnalistlər və azad fikirli fəalların təqibi, QHT-lərin fəaliyyətinə müdaxilələr və siyasi əks düşüncənin boğulması ilə yadda qalıb”, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun bəyanatında belə deyilir.

Sənəddə “Bizim Yol” qəzetinin müxbiri Pərviz Həşimli , jurnalist Əvəz Zeynallı və hüquq müdafiəçisi Anar Məmmədlinin həbsi xatırladılır, qeyd edilir ki, onlarla jurnalist , blogger, hüquq müdafiəçisi və gənc fəal Yeni ili ailələri və dostlarından uzaqda, dəmir barmaqlıqlar arxasında keçirəcəklər.

RATİ Azərbaycan hökumətini ifadə, sərbəst toplaşma və birləşmə azadlığı polzularaq həbs olunmuş bütün fəallarə dərhal və qeyd-şərtsiz azad etməyə çağırır.Təşkilat həmçinin hökuməti ifadə, birləşmə və dinc toplaşma azadlığına hörmətlə yanaşmağa , hüquq müdafiəçiləri, jurnalistlər və hakimiyyəti təngid edənləri təqib etməməyə çağırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG