Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:12

Volqoqrad partlayışından sağ çıxan qadın AzadliqRadiosuna danışdı


Nina Kotlyarova əri Vladimir ilə.
Nina Kotlyarova əri Vladimir ilə.
-
"HƏR ŞEY ELƏ ANİ OLDU Kİ, BİZ HEÇ NƏ BAŞA DÜŞMƏDİK"


Volqoqradda vağzalda partlayış vaxtı hadisə yerinə çox yaxın dayanan bir qadın salamat qala bilib. Onun adı Kotlyarova Nina Alekseyevnadır. Kotlyarova ilə Kənan Kazımoğlu söhbət edib.

Azadlıq Radiosu: Siz hadisə yerində idiniz. Nə gördünüz? Siz ora niyə getmişıdiniz?

Kotlyarova: Mən Moskvadan gələn rəfiqəmi qarşılamağa getmişdim. O, Moskva-Volqoqrad qatarı ilə 13:16-da gəlməli idi. Rəfiqəmi 30 ildir ki, görmürdüm. O, Volqoqrada yeni ili qarşılamağa gəlirdi. Svetlana adlı başqa bir rəfiqəmlə vağzalda turniketdən keçdik, zala daxil olduq ki, qatarların cədvəlinə baxaq, görək, qatar hansı yola gəlir.

Hər şey elə ani oldu ki, biz heç nə başa düşmədik.

"ALOV KÜRƏSİ DÜZ QARŞIMIZDA İDİ"..

Biz turniketdən keçəndə hətta orda çantaları yoxlayan təhlükəsizlik xidmətinin işçiləri ilə zarafatlaşdıq da. Bizə dedilər ki, çantaları lentin üstə qoyun. Mən dedim ki, bu çantada nə ola bilər ki, balaca çantadır. Onlar isə bildirdilər, “Pyatiqorskda terror olub, ancaq bizdə Volqoqradda yox.” Biz zalda təxminən 10 dəqiqə dayanmışdıq. Birdən elə güclü partlayış oldu. Bizim qulaqlarımız batdı. Alov püskürdü. Alov kürəsi düz qarşımızda idi.

Partlayışın dalğası bizi 3-4 metr kənara atdı. Yeraltı keçid olan yerə. Biz özümüzə gələndə yerlatı keçiddəki pilləkanların yanında idik. Özümüzə gələn kimi qaçmağa başladıq. Mən sanki yanırdım. Qaça-qaça paltomu da çıxartdım. Ancaq palto yanmırdı. Mənə elə gəlirdi ki, palto yanır. Onda bir neçə balaca deşik var idi.

Ərim isə bizi məni maşında gözləyirdi. O partlayışı eşidən kimi vağzala qaçıb, məni axtarırdı. Çoxlu meyitlər var idi. Yaralılar kömək istəyirdi. Dəhşətli idi.
Ərim gəlib məni tapanda gördük ki, paltomun kürəyi laxtya-laxta qan içindədir.
Bu, baş verənlərdir. Əlbəttə çox qorxulu idi. Çox qorxulu!

Azadlıq Radiosu: Şəkildə görünür ki, siz partlayış yerinə o qədər yaxında durmusunuz ki, yəqin, sizin üçün bu, şok oldu?

Kotlyarova: Mən necə sağ qalmışam, bu, böyük sualdır. Yəqin ki, partlayış olan yerin sağ tərəfi daha çox zərər çəkib. Ərim məni axtaranda görüb ki, sağ tərəfdə çoxlu meyit var. Ancaq sol tərəfdə bizi partlayış dalğası kənara atdı. Yəqin, bu dalğaya görə biz sağ qaldıq. Svetlana da, mən də heç bir zədə almadıq, yalnız şok var idi. Biz indi gecə də yata bilmirik.

Azadlıq Radiosu: Sizə yardım göstərildimi?

Kotlyarova: Bizə yardım təklif olundu. Ancaq biz təkcə sakitləşdirici istədik.

Azadlıq Radiosu: Sizcə, bu baş verən nə idi? Niyə məhz Volqoqradda baş verdi?

Kotlyarova: Mənim üçün çox çətindir, demək ki, bu niyə olub. Özü də təkcə Volqoqradda yox, Rusiyanın başqa yerlərində də. Biz sakit yaşamaq istəyirik. Ancaq niyə belə olur, bunu yəqin, hakimiyyət deyə bilər.

Azadlıq Radiosu: Siz yəqin, bu günü daha heç vaxt yaddan çıxartmayacaqsınız?

Kotlyarova: Bu gün mənim üçün ikinci doğum günü oldu. Bundan sonra hər il dekabrın 29-nu ikinci doğum günü kimi qeyd edəcəm.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG