Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:49

Ukraynada azərbaycanlı iş adamını polkovnik qardaşı öldürüb


Generic -- a pistol
Generic -- a pistol
Ukrayna Azərbaycanlıları Konqresinin Luqansk vilayəti üzrə sədr müavini Akif Hümbətov APA-ya saxlanılan şəxsin Vidadi Məmmədovun qardaşı Telman Məmmədov olduğunu bildirib.

Onun sözlərinə görə, Ukraynadakı böyük həbsxanalarından birinin rəisi olmuş və bu yaxında ehtiyata buraxılan polkovnik rütbəli Telman Məmmədov hadisəni qardaşı ilə aralarında olan böyük məbləğdə pul mübahisəsinə görə törədib.

Artıq Telamn Məmmədov milisə eətl törətdiyini etiraf edib. O milisə izahatında bildirib ki, həmin gün qardaşının uşaqları məktəbdə olrakən onlara gedib və tapançayla qardaşı Vidadiyə 5 , onun arvadı Yavərə isə 4 güllə vurub.Amma o bununla kifayətlənməyərək qardaşı arvadının başını da kəsib.

A. Hümbətovun sözlərinə görə, milis hadisənin motivinin sadəcə pul mübahisəsi olduğunu düşünmür və bu barədə araşdırma başa çatdıqdan sonra məlumat veriləcək.

Öldürülən azərbaycanlı iş adamı və həyat yoldaşının meyitləri artıq Azərbaycana göndərilib.Onlar doğulduqları Zərdab rayonunda dəfn olunacaqlar.

Qeyd edək ki, dekabrın 24-də yerli vaxtla saat 10.30 radələrində iş adamı Vidadi Məmmədov və həyat yoldaşı Yavər Məmmədova evlərində amansızcasına qətlə yetirilblər.

Ukrayna vətəndaşı olan Vidadi Məmmədov restoran biznesi ilə məşğul imiş.
XS
SM
MD
LG