Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:38
Volqoqradda törədilən 2 partlayış nəticəsində 32 nəfər ölüb, 1004 adam isə xəsarət alıb.Dekabrın 30-dan yanvarın 3-dək bütün bayram tədbirləri təxirə salınıb.

Regionda terror təhlükəsi sarı həddə qaldırılıb. Şəhərin küçələrinə yüzlərlə polis patrulu çıxarılıb.Bir sıra ticarət mərkəzləri və digər müəssisələr bağlanıb.İnsanlar ictimai nəqliyyatdan istifadə eləmir. Şəhərdə kütləvi yoxlamalar aparılır.

Bir gündə Volqoqradda 2 terror aktı törədilib.Bazar günü yerli dəmiryol vağzalında intiharçının törətdiyi partlayışda 17 nəfər ölüb, onlarla adam yaralanıb.Ölənlərdən 2-su uşaqdır. Bu gün səhər tezdən tralebusda törədilən partlayışda isə azı 15 nəfər ölüb, 30-dan çox adam yaralanıb. Yaralılardan bir neçəsi ağır vəziyyətdədir. Onların arasında südəmər körpə də var.

İstintaq komitəsinin məlumatına görə, bu partlayışı da intiharçı törədib.

Ölənlərin ailələrinə 1 milyon , xəsarət alanlara isə 200 min rubl kompensasiya verilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG