Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:01
-
Dekabrın 30-da Volqoqradda trolleybus intiharçı-terrorçu tərəfindən partladıb.

Bunu Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin bildirib.

Onun sözlərinə görə, partlayışı törətmiş kişi bədəninin hissələri genetik ekspertizaya göndərilib.

Son məlumatlara görə, bu partlayış nəticəsində 14 adam ölüb, 30-a yaxın adam yaralanıb. Yaralıların arasında südəmər körpə də var. Onun vəziyyəti ağırdır.

Rusiya İstintaq Komitəsinin məlumatına görə, partlayıcı qurğunun gücü trotil ekvivalenti ilə təxminən 4 kiloqram olub.

Partlayış dalğası trolleybusu hissələrə ayırıb, ətrafdakı evlərin şüşələri sındırılıb.

Dekabrın 29-da da Volqoqradda partlayış olmuşdu. Şəhərin dəmir yolu vağzalındakı partlayış nəticəsində 17 adam ölmüş, 40 nəfər yaralanmışdı. Ölənlərdən ikisi uşaq olub.

Volqoqradın küçələrində polis patrulu gücləndirilib. Bundan başqa xalq drujinaçıları və kazaklar da polisə yardım edir. Bir çox ticarət mərkəzləri işləmir. Şəhər sakinləri ictimai nəqliyyatdan istifadə etməkdən çəkinir.

Yanvarın 1,2 və 3-də Volqoqrad vilayətində matəm elan edilib. Bütün yeni il tədbirləri təxirə salınıb.

Hakimiyyət orqanları həlak olanların ailələrinə milyon rubl, yaralılara 200 min rubl ödəməyə söz veriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG