Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:48

Qaradağ sakinləri yol qəzasında polisi təqsirləndirir [Video]


-
Dekabrın 30-da Qaradağ rayonu Qızıldaş qəsəbəsinin sakinləri aksiya keçirib. Onlar dekabrın 28-də yol qəzasında ölən 8 nəfərin ölümünə etiraz ediblər.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, sakinlər Qaradağ rayonunun Qızıldaş qəsəbəsi üzrə nümayəndəliyinin qarşısına yığışıb. Onlar bildirir ki, hadisəyə yol polisi əməkdaşları səbəb olub və cəzalandırılmalıdırlar. Sakinlərin fikrincə, qəzadan əvvəl yol polisi əməkdaşları ağır qəza törətmiş və özü də həmin qəzada ölmüş Nurlan Qasımovun maşınını təqib ediblər.

Qaradağ rayon Polis İdarəsinin rəisi İntiqam Mirsalayev deyib ki, günahkarlar haqqında tədbir görüləcək.

Dekabrın 28-də baş verən yol qəzasında 3 nəfər hadisə yerində, 5 nəfər isə xəstəxanada ölmüşdü.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG