Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:26

Anar Məmmədli vəkil vasitəsilə təbrik göndərib


Anar Məmmədli
Anar Məmmədli
-
Dekabrın 29-da vəkil Rəşid Hacılı Kürdəxanıdakı istintaq təcridxanasında Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli ilə görüşüb.

Anar Məmmədli vəkil vasitəsilə həmkarlarını, hüquq müdafiəçilərini, jurnalistləri və ictimai-siyasi fəalları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il münasibətilə təbrik edib.

O, vəkili ilə görüşündə bildirib ki, 2014-cü ildə keçiriləcək bələdiyyə seçkiləri ərəfəsində Seçki Məcəlləsinin ATƏT və Avropa Şurasının tövsiyələri əsasında təkmilləşdirilməsi, seçki praktikasının, siyasi mühitin demokratikləşməsi zəruridir.

Anar Məmmədli bu sahədə yerli və beynəlxalq təşkilatların birgə səylər göstərəcəyinə ümid etdiyini vurğulayıb. Vəkilin verdiyi məlumata görə, Anar Məmmədli deyib: “Yeni ildə bütün siyasi məhbuslara azadlıq arzulayıram. 2014-cü illə bağlı ən vacib gözləntim ölkədə siyasi dinamizmin bərpası, vətəndaşların siyasi proseslərə və insan hüquqlarının müdafiəsinə töhfəsinin artmasıdır”.

Anar Məmmədli bu il dekabrın 16-da həbs olunub. O, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda, vergidən yayınmada, vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG