Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:07

Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatında yeni tələblər qüvvəyə minib


Dekabrın 29-dan Azərbaycanda kommersiya hüquqi şəxslərin və xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və filiallarının dövlət qeydiyyatının müddətinə yeni tələblər qüvvəyə minib.

Dekabrın 28-də dövlət başçısının «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» qanuna dəyişikliklər edilməsi haqqında” qanunun tətbiqi haqqında verdiyi fərmana əsasən, kommersiya hüquqi şəxslərin və xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və filiallarının dövlət qeydiyyatı 2 günü keçə bilməz. Əvvəllər bu müddət 3 günü keçə bilməzdi.

Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin dövlət qeydiyyatı elektron qeydiyyat zamanı 1 günü keçməməlidir.

2012-ci ilin fevralından Vergilər Nazirliyi yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatını həyata keçirir. Vergilər Nazirliyi bu imkandan istifadə edən şirkətlərin sayını açıqlamır. Ölkədə şirkətlər əsasən MMC kimi yaradılır.

Qeyri-kommersiya hüquqi şəxslərin və xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəlik və filiallarının dövlət qeydiyyatı üçün (QHT-lər, ictimai təşkilatlar və fondlar, dini icmalar, KİV, tədris müəssisələri) 40 gün müddət qoyulub. Zərurət olduqda bu müddət 30 gün uzadıla bilər. Amma bir sıra QHT-lər şikayət edir ki, Ədliyyə Nazirliyi heç bir qanuni əsas olmadan dövlət qeydiyyatından imtina edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG