Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:51
-

Qəşəm Nəcəfzadə


SƏNİN SAĞLIĞINA YANIRAM, VƏTƏN
Qarabağ qazisinin xatirəsinə


Hamı baxa-baxa yandırdı özünü,
Anası ölmüş oynadı öz alovuyla
Öz tüstüsüylə.

Şəhəri yanıq iyi bürüyər deyə,
Polislər yüyürdü bu adamı söndürməyə,
Adam qaçdı....
Qovdular,
Dedilər qoy gedib uzaqda yansın.
Amma yenə
Adam bələndi şəhərə
Şəhər bələndi adama...

Kimdi bu adamın sahibi, çıxsın irəli?
Heç kim,
Elə yerindəcə donur adamlar.
Deyəsən, qürbətə gedibdi vətən
Vətən həsrətilə yanır adamlar...
Sən niyə yandırdırdın özünü,
Vətəni ölmüş....


Yox, söndürməyin onu, əliniz yanar,
Qoy onunla bir quş lələyi yansın.
Bir ağac yarpağı yansın onunla,
Allahın buludu, küləyi yansın.
Siz söndürməyin onu öldürərsiniz,
Sonra da pul verib güldürərsiniz....
Qoy Allahın buludu
Allahın quşu
Allahın yarpağı
Allahın küləyi yandırsın onu
Yandırsın və desin: Gəl yanımıza....
Onların yanında nə işin var axı?


Qoy yansın, söndürməyin, əliniz yanar....
Qoy balalar yüyürsün atanı qucaqlamağa.
Benzininiz varsa, bir az da tökün
Vətən qürbətdən gəlincə yansın....

Tez düşündülər onu pul söndürər ancaq

Gedib pul gətirdilər söndürməyə,
Gərək pulu o cür verməyəydilər,
Gərək pulu o cür saymayaydılar,
Sonra da şəklini çəkməyəydilər
Alanlar da gərək almayaydılar
Sonra kağıza qol çəkməməydilər...
Daha da od tutdu yurdu dağılmış...

Bakının ortasında adam nə gözəl yanır
Gözəl şəkli çıxır adam yananda...
Intihar şəhərə gözəl yaraşır,
Benzininiz varsa, bir az da tökün,
Sönməsin,
Vətən qürbətdən gəlincə yansın....

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG