Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:26
-
Dekabrın 30-da Rusiyanın Volqoqrad şəhərində trolleybusda partlayış olub.

Partlayış Dzerjinski rayonunda bu gün səhər bazarın yaxınlığında 15 nömrəli trolleybusda baş verib. Ölənlərinin sayının 10-15 arasında olduğu bildirilir. 28 nəfər yaralanıb. Onlardan 22-si xəstəxanalara yerləşdirilib. Çoxunun vəziyyəti ağırdır.

Partlayışdakı yaralılar arasında südəmər körpə də olub. Həkimlər onun vəziyyətinin olduqca ağır kimi qiymətləndirir.

Bu haqda Rusiya Səhiyyə Nazirliyinin sözçüsü Oleq Salagay məlumat verib.

Rəsmilər bildirir ki, ilkin qənaətə görə bu terror aktıdır.

Bir gün əvvəl dekabrın 29-da isə Volqoqrad şəhərinin dəmir yolu vağzalında baş vermiş partlayış nəticəsində 17 adam ölmüşdü, 40 nəfər yaralanmışdı.

Hər iki hadisəyə görə hələlik məsuliyyəti üstünə götürən olmayıb.

Ekspertlər bunu Cənubi Qafqazdakı islamçı yaraqlıların əməli hesab edir.

Bu partlayışlar 2014-cü ildə Soçidə keçiriləcək olimpiya oyunlarında 6 həftə əvvələ təsadüf edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG