Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:59

Bakı Bulvarında təmtəraqlı bayram konserti keçirilməyəcək


-
Ötən ildən fərqli olaraq bu il Bakı Bulvarında təmtəraqlı bayram konserti keçirilməyəcək.

Bu barədə AzVision.az-a açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov məlumat verib.

Onun sözlərinə görə, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə hər hansı konsert proqramının keçirilməsi nəzərdə tutulmayıb:

“Bu il Bakı Bulvarında xüsusi bayram konserti keçirilməyəcək. Yalnız atəşfəşanlıq olacaq. Bundan başqa Bakı Bulvarı hər il olduğu kimi bu il də bayrama hazırdır. Yolkalar qurulub, şaxta babalar fəaliyyət göstərir”.

N.Məcidov konsert proqramının keçirilməməsinin səbəbini açıqlamayıb.
XS
SM
MD
LG