Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:26

İsa Qəmbər: “Anlamırlar ki, Milli Şura Müsavatsız da mümkün deyil”


İsa Qəmbər
İsa Qəmbər
“Rüstəm İbrahimbəyovun istefasından sonra Müsavata qarşı elə bil səlib müharibəsinə başlayıblar”.

Bunu Müsavat Partiyasının başqanı İsa Qəmbər dekabrın 29-da partiya məclisinin toplantısındakı çıxışı zamanı deyib. Məlumatı Mediaforum saytı yayıb.

İsa Qəmbər bildirib ki:

“Biz 9 oktyabr prezident seçkisindən sonra Milli Şura ilə bağlı bir neçə təklif irəli sürdük. Təklif etdik ki, yeni dönəmdə Milli Şuranın hədəfləri dəqiqləşdirilsin, Rüstəm İbrahimbəyov hörmətlə yola salınsın, Cəmil Həsənli sədr olsun. Burda Milli Şuranın hədəflərinə zidd olan nə var? Bir ay bu məsələni uzatdılar, həmsədrlik məsələsini atdılar ortaya, sonra da fəxri sədrlik məsələsi ortaya çıxdı.

Rüstəm İbrahimbəyovun istefasından sonra Müsavata qarşı elə bil səlib müharibəsinə başlayıblar. Açırsan qəzetlərini, Müsavat Partiyasına qarşı yazılar yazırlar. Milli Şuranı müqəddəs inək kimi toxunulmaz elan ediblər. Əvvəl ya Rüstəm İbrahimbəyov, ya da Rüstəm İbrahimbəyov deyirdilər, indi də ya Milli Şura, ya da Milli Şura deyirlər. Bütün qurumlar - istər İctimai Palata, istər Milli Şura olsun - bizim üçün bir vasitədir. Biz başa düşürük ki, Milli Şura AXCP-siz mümkün deyil, ziyalılarsız mümkün deyil, gənclərsiz mümkün deyil. Ancaq bu qüvvələr anlamırlar ki, Milli Şura Müsavatsız da mümkün deyil.

Milli Şuranın müsbət və mənfi tərəfləri olub. Ən müsbət tərəfi isə Milli Şuranı yaratmaq və uğurlu namizəd seçilməsi idi. Amma bir çox dostlarımız bəzi məsələlərə diqqət etmirlər. Çünki bu modelin müsbət tərəfləri ilə yanaşı mənfi tərəfləri oldu. Nəticədə ölkədəki vəziyyəti dəyişmək mümkün oldumu? Xalq seçkiyə gəldimi? Mitinqlərimizə hər zamankından çox adam gəldimi? Bu seçkidə namizədimizin hüquqi qələbəsinə nail ola bildikmi? Bunların heç biri baş vermədi. Problem prosesdə iştirak edən qüvvələrin xalqı inandıra bilməməsindədir”.

İsa Qəmbər onu da deyib ki, Müsavat Partiyasının Milli Şuradan çıxmaq haqqında qərarı yoxdur:

“Biz Milli Şuraya daxil olanlarla müzakirəyə başlamışıq, müttəfiqlik sazişi təklif etmişik ki, hansı formatda ölkədəki vəziyyəti dəyişmək olar? Hansı formatda uğur qazanmaq olar? Bizə deyirlər ki, Milli Şura varsa, sazişə ehtiyac yoxdur. Hər hansı partiya Müsavatla əməkdaşlığa hazır deyilsə, biz həmin qüvvələrə necə etimad göstərə bilərik?”

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG