Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:06

Zaur Həsənovun dayısı da vəfat etdi [Yenilənib] [Fotolar]


Zaur Həsənovun dəfni
Zaur Həsənovun dəfni
-
Özünü yandıran Qarabağ əlili Zaur Həsənovun dayısı - 64 yaşlı Hüseyn Hüseynov da vəfat edib. Azadlıqradiosunun dəfn mərasimində olan müxbiri xəbər verir ki, dayısının ölümünə səbəb Zaur Həsənovla bağlı baş verənlərə dözməməsi olub.

Hüseyn Hüseynov, dekabrın 29-da yas mərasiminin keçirildiyi evdə ölüb. O, infakt xəstəsi imiş.

Zaur Həsənov artıq Bibiheybət qəbristanlığında dəfn olunub.

Onun yas mərasimində Qarabağ əlilləri, sadə vətəndaşlarla yanaşı YAP təmsilçiləri və millət vəkilləri də iştirak ediblər.

Yaxın saatlarda dəfn mərasimindən foto və videolara baxa biləcəksiz.

Zaur Həsənovun dekabrın 28-də axşam saatlarında vəziyyəti pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb.

Qarabağ əlili dekabrın 25-də Həmkarlar İttifaqları Konfederasiyasının binası önündə üstünə benzin tökərək özünü yandırıb. O, özünəqəsdi 1995-ci ildən bəri paytaxtın Bibiheybət qəsəbəsində işlətdiyi kafenin əlindən alınması ilə əsaslandırıb. Zaur Həsənov deyirdi ki, kafeni onun əlindən Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri, deputat Səttar Mehbalıyev alıb.







XS
SM
MD
LG