Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:13

Volqoqraddakı partlayış, 18 nəfər ölüb [Video]


Volqoqrad
Volqoqrad
-
Volqoqraddakı dəmir yolu vağzalında baş vermiş partlayışı qadın kamikadzenin törətdiyi ehtimal olunur. Milli Antiterror komitəsi bu barədə açıqlama verib.

Son məlumata görə, partlayış nəticəsində ölənlərin sayı 18-ə çatıb. 40-dan çox yaralı var. Bu göstəricinin dəyişmə ehtimalı yüksəkdir.

Hadisə yeri mühasirəyə alınıb. Hüquq mühafizə orqanlarının əməkdaşları həmin yerdə araşdırma aparır.

-----
Rusiya Federasiyasının Volqoqrad şəhərinin dəmir yolu vağzalında partlayış baş verib. Nəticədə dörd nəfər ölüb, on nəfər xəsarət alıb.

Partlayışın vağzal binasının giriş qapıları ilə turniket arasında baş verdiyi bildirilir. İnsanlar hadisə yerindən çıxarılır.

Hadisənin səbəbləri araşdırılır.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG