Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:56

Yanvarda anomal şaxta olacaq


-
Yanvar ayında Azərbaycanda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Lakin ayın ikinci yarısında temperaturun normadan bir qədər aşağı olacağı proqnozlaşdırılır. Məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yayıb.

Bildirilir ki, ayın ikinci yarısının bəzi günlərində anomal soyuq şaxtalı hava şəraiti üstünlük təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 3-5 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın birinci yarısında orta sutkalıq temperatur 4-7 dərəcə, ikinci yarısında isə 3 dərəcə şaxtadan 2°-dək isti təşkil edəcək.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-28 mm) olacağı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG