Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:37

Qarabağ müharibəsi əlillərinə əlillik statusunun verilməsində dəyişiklik olacaq


-
Azərbaycanda Qarabağ müharibəsi əlillərinə əlillik statusunun verilməsi ilə bağlı mövcud meyarlara ciddi dəyişikliklər ediləcək.

Bu, həmin şəxslərə qoyulan tibbi diaqnozdan asılı olacaq. APA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib.

Onun sözlərinə görə, əgər 1990-cı illərdə Azərbaycanda bəzi xəstəliklərin müalicəsi yox idisə, bu gün ölkədə müxtəlif əməliyyatlar aparılır və nəticələri çox uğurlu olur. Bu səbəbdən də əlillik statusunun verilməsi ilə bağlı standartlara ciddi dəyişikliklər olunacaq.

N.Məmmədov əlavə edib ki, məsələ ilə bağlı yaxın vaxtlarda ətraflı məlumat veriləcək.

Nazir müavini həmçinin qeyd edib ki, Azərbaycanda tibbi-sosial ekspertiza müayinələrinə dair arayışlar da elektron formada veriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG