Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:05

Elnarə Tofiqqızının ölümünü araşdıran müstəntiq dəyişdirildi


-
Bakı Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı başlanan cinayət işi Respublika Prokurorluğunda araşdırılaraq yenidən Nəsimi Rayon Prokurorluğuna qaytarılıb.

Bu barədə APA-ya mərhumun həyat yoldaşı, jurnalist Anar Niftəliyevin vəkili Səməd Vəkilov açıqlama verib.

Onun sözlərinə görə, Respublika Prokurorluğunun göstərişi ilə istintaqı aparan müstəntiq dəyişdirilib:

“Bir qədər əvvəl zərərçəkən Anar Niftəliyevin müraciəti əsasında cinayət işinin materialları öyrənilməsi üçün Respublika Prokurorluğuna göndərilmişdi. Hazırda iş Respublika Prokurorluğunun rəhbər göstərişləri ilə birlikdə Nəsimi Rayon Prokurorluğuna göndərilib. Cinayət işini aparan müstəntiq Ələkbər Rzayev səhhətində yaranan problemlərlə əlaqədar olaraq müvəqqəti olaraq işdən kənarlaşdırılıb. Hazırda Elnarə Tofiqqızının cinayət işi müstəntiq Hafiz Əliyevin icraatına verilib”.

Bu həftə Elnarə Tofiqızının ölümünün səbəbləri ilə bağlı tibbi ekspertizanın rəyi açıqlanıb.

Səhiyyə Nazirliyi tibbi ekspertlərinin rəyinə görə, E.Niftəliyevanın “Medi Sina” klinikasında əməliyyatdan əvvəl müayinələrin aparılmasında, xəstənin cərrahiyyə əməliyyatına hazırlanmasında, anesteziya metodunun seçilməsində və onun adına tibbi sənədlərin tərtib edilməsində tibb işçiləri tərəfindən nöqsanlara yol verilib.

Elnarə Tofiqqızı sentyabrın 20-də Bakıda, “MediSina” Tibb Mərkəzində cərrahiyyə əməliyyatına hazırlıq zamanı vurulan narkozdan keçinib. Onun ölümünü Nəsimi Rayon Prokurorluğu araşdırır.

Anar Niftəliyev həyat yoldaşının ölümündə həkimləri günahlandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG