Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:41

Daxili İşlər Nazirliyi aksiya keçirmək istəyənlərə xəbərdarlıq etdi


Zaur Həsənov

Zaur Həsənov

-
Özünü yandıran Qarabağ əlili Zaur Həsənov bu gün - dekabrın 29-da Bibiheybət qəbristanlığında dəfn olunacaq. Bütün xərcləri rayon icra hakimiyyəti öz üzərinə götürüb.

Bu arada, Daxili İşlər Nazirliyi Zaur Həsənovun vəfatı ilə bağlı aksiya çağırışı edənlərə xəbərdarlıq ünvanlayıb. Nazirliyin mətbuat xidmətinin rəisi Sadiq Gözəlov AzNews.az-a açıqlamasında deyib ki, belə çağırışlar yolverilməzdir:

“Ötən gün dünyasını dəyişən Zaur Həsənovun vəfatı ilə bağlı qanunsuz aksiyaya çağırış edənlər, qanunla məsuliyyət daşıyırlar. Belə çağırışlar yolverilməzdir. Ona görə də, bu aksiyanın qarşısı alınacaq”.

Facebook sosial şəbəsində Zaur Həsənovun ölümü ilə bağlı "event" yaradılıb. Həmin "event"də dekabrın 29-da Fəvvarələr meydanında razılaşdırılmamış etiraz aksiyasına çağırış yerləşdirilib.

Zaur Həsənovun dekabrın 28-də axşam saatlarında vəziyyəti pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb.

Qarabağ əlili dekabrın 25-də Həmkarlar İttifaqları Konfederasiyasının binası önündə üstünə benzin tökərək özünü yandırıb. O, özünəqəsdi 1995-ci ildən bəri paytaxtın Bibiheybət qəsəbəsində işlətdiyi kafenin əlindən alınması ilə əsaslandırıb. Zaur Həsənov deyirdi ki, kafeni onun əlindən Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri, deputat Səttar Mehbalıyev alıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG