Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:36
-

Azərbaycan prezidenti İlham Əliyev "Dədə Qorqud" filminin çəkilməsi üçün sərəncam verib.

Bu işə prezidentin ehtiyat fondundan ilkin olaraq 1 milyon manat ayrılır.

Sərəncamda xatırladılır ki, 2015-ci ildə “Kitabi-Dədə Qorqud”un dünya elm aləminə tanıdılmasının 200 illiyi tamam olur:

"Ötən dövr ərzində abidənin tədqiqi istiqamətində çoxsaylı elmi araşdırmalar aparılmış, eposu təşkil edən boyların süjet və motivləri əsasında ədəbi əsərlər yazılmış, təsviri sənət nümunələri meydana gətirilmişdir. 1975-ci ildə “Dədə Qorqud” boylarına həsr olunan iki seriyalı bədii film çəkilmiş, 2000-ci ildə isə abidənin 1300 illik yubileyi UNESCO xətti ilə beynəlxalq səviyyədə təntənəli qeyd edilmişdir".

Amma prezident “Dədə Qorqud” dastanlarının "azərbaycançılıq məfkurəsi baxımından müstəsna əhəmiyyətini, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əvəzsiz rolunu nəzərə alaraq" bu mövzuda çoxseriyalı filmə də ehtiyac görüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG