Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:17

Misirdə tələblərlə polis toqquşub


Əl-Azhar Universiteti ərazisində qarşıdurma
Əl-Azhar Universiteti ərazisində qarşıdurma
-
Misirin əl-Azhar Universiteti ərazisində islamçı-tələbələrlə polislər arasında toqquşma olub.

Yerli televiziya qarşıdurmada bir nümayişçinin öldüyünü xəbər versə də, polis təkzib edir.

«Al-Ahram» qəzetinin yazdığına görə, qarşıdurma universiteti əhatəyə alıb polisə daş atan tələbələrə qarşı polisin gözyaşardıcı qazdan istifadə etməsindən sonra başlayıb.

Əl-Azhar Universiteti nüfuzlu sünni təhsil müəssisəsidir. Son vaxtlar bu universitet «Müsəlman qardaşları» tərəfdarlarının çıxışları üçün mərkəz olub.

Aksiyaçılar keçmiş prezident Mohamed Morsi-nin hərbi yolla devrilməsinə etiraz edirlər. Dekabrın 27-də Misirdə baş verən qarşıdurmalarda 3 nəfər ölüb, 260-dan çox adam həbs edilib.

Bu həftə Misir hökuməti «Müsəlman qardaşları»nı terrorçu hərəkat elan edib.

İyul ayından Misirdə islamçıların hökumət əleyhinə aksiyaları davam edir.
XS
SM
MD
LG