Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:29

İki bağçada problemlər aşkarlanıb


-
Şirvan şəhərində «Bənövşə» və «Qızılgül» uşaq bağçalarında qidalanma dövlət standartına uyğun deyil.

Belə bir nəticəyə adıçəkilən müəssisələrdə araşdırma aparan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi gəlib.

Komitənin dekabrın 28-də yaydığı məlumatda bildirilir ki, hazırlanmış yeməklər lazımı şəraitdə saxlanmır, bağçaya verilən içməli su mütəmadi analiz olunmur, yalnız qaynadılıb uşaqlara verilir.

Bundan başqa, yeməklərin bişirilməsində istifadə olunan xammalların uyğunluq sertifikatları, ətin baytarlıq sənədi və qabların yuyulmasında istifadə olunan yuyucu vasitələrin sertifikatları yoxlamaya təqdim edilməyib.

Aşkar olunan çatışmazlıqlarla bağlı bağça rəhbərlərinə iradnamə verilib və akt tərtib olunub.
XS
SM
MD
LG